Qelebə.az / Dortmund "Borussiya"sı İngiltərə klubunun futbolçusunu transfer etməkdə maraqlıdır

Dortmund "Borussiya"sı İngiltərə klubunun futbolçusunu transfer etməkdə maraqlıdır

30-07-2025, 15:17

Dortmund "Borussiya"sı İngiltərə təmsilçisi "Arsenal"ın yarımmüdafiəçisi Leandro Trossarı transfer etməkdə maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

30 yaşlı belçikalının "Arsenal"dakı gələcəyinin qeyri-müəyyən olduğu bildirilib. Futbolçu ilə adları açıqlanmayan daha iki ingilis klubu maraqlanır.

Qeyd edək ki, Trossar 2024/2025 mövsümündə "Arsenal"ın heyətində bütün turnirlərdə 56 matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 22 milyon avro qiymətləndirir.

Geri qayıt