Təmsilçilərimizin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçirəcəyi oyunların saatı dəqiqləşib.
QELEBE.AZ xəbər verir ki, "Araz-Naxçıvan"ın Kipr "Omoniya"sı ilə ilk qarşılaşması avqustun 7-də baş tutacaq..
Görüş saat 20:00-da başlayacaq. Səfərdəki oyun isə avqustun 14-də, saat 21:00-da veriləcək.
"Sabah"ın "Levski" ilə ilk oyunu avqustun 7-də olacaq. Sofiyadakı görüş saat 22:00-da başlayacaq. Bakıdakı ikinci oyun isə avqustun 14-də, saat 20:00-da start götürəcək.