Qelebə.az / ÇL: "Fənər"in potensial rəqibləri bəlli oldu

ÇL: "Fənər"in potensial rəqibləri bəlli oldu

4-08-2025, 14:25

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

QELEBE.AZ xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Mərasimdə Türkiyə təmsilçisi “Fənərbaxça”nın da potensial rəqibi dəqiqləşib.

“Sarı-lacivərdlilər” III təsnifat mərhələsində “Feyenoord” səddini keçəcəyi halda, pley-offda “Nitsa” – “Benfika” cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19–20 və 26–27 avqust tarixlərində baş tutacaq.

Geri qayıt