Qelebə.az / Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

9-01-2023, 15:14

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska (78 kq) karyerasını başa vurub.

Bu barədə "Report"a geniş müsahibəsində Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu məlumat verib.

Onun sözlərinə görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bundan sonra idmana geri qayıtması mümkün görünmür.

Rəsullu Ukrayna əsilli cüdoçunun Bakıda olmadığını bildirib: "Avropa ölkələrindən birində qohumlarının yanında yaşayır. Sonuncu dəfə danışanda özü demişdi".

Baş katib "Kindzerskanın ev problemi həllini tapdımı" sualına isə bu cür cavab verib: "Bu sual düzgün ünvanlanmayıb (gülür). Kiməsə ev verilməsi bizim səlahiyyətimizdə olan məsələ deyil".

Qeyd edək ki, Rəşad Rəsullunun müsahibəsini yanvraın 10-da "Report"da oxuya bilərsiniz.

Geri qayıt