Qelebə.az / "Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

7-09-2022, 17:30

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ı qəbul edəcək Almaniya "Frayburq"unda zədəli futbolçuların durumuna tam aydınlıq gəlib.

"QELEBE.AZ" yerli mətbuata istinadən xəbər verir ki, Bundesliqada V turun "Bayer"lə səfər qarşılaşmasında (3:2) sifətindən ağır zədə alan Roland Şallainin ən azı 2 matçda meydana çıxmayacağı dəqiqləşib.

Həmin görüşdə topuğundan zədələnən Manuel Quldenin və zədəsini yenicə sağaldan Daniel-Kofi Körehin vəziyyəti isə normaldır. Almaniyalı müdafiəçi ilə qanalı hücumameylli yarımmüdafiəçi sentyabrın 8-də Azərbaycan çempionu ilə oyunda iştirak edə bilər.

Qeyd edək ki, "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Geri qayıt