Qelebə.az / Azərbaycanın çimərlik voleybolu yığmaları Avropa çempionatına yollanıblar

Azərbaycanın çimərlik voleybolu yığmaları Avropa çempionatına yollanıblar

11-08-2025, 10:39

Azərbaycanın çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak məqsədilə Avstriya və İspaniyaya yola düşüblər.

Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, U-22 millisi avqustun 14-17-si aralığında Avstriya, U-20 isə avqustun 20-25-i aralığında İspaniyadakı yarışda iştirak edəcək.

Ölkə hər iki turnirdə həm oğlanlardan (Muhammad Aslanlı/İbrahim Məmmədov; ehtiyat komanda Nəriman Bayramlı/Tural Əsgərov), həm də qızlardan (Səbinə Əlizadə/Cəmilə Bəşirova) ibarət bir komanda ilə təmsil olunacaq.

Geri qayıt