Qelebə.az / Ronaldo DÇ-2030 üçün sifarişin səfiri olacaq və daha 200 milyon avro qazanacaq

Ronaldo DÇ-2030 üçün sifarişin səfiri olacaq və daha 200 milyon avro qazanacaq

10-01-2023, 15:08

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının DÇ-2030 üçün sifarişinin səfiri olacaq.

Apasport.az saytının məlumatına görə, 38 yaşlı portuqaliyalı bunun üçün böyük vəsait alacaq.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçən Ronaldo bu ölkənin mundiala ev sahibliyinə namizədliyini dəstəkləyəcək. Kriştiano buna görə 200 milyon avro qazanacaq.

Qeyd edək ki, DÇ-2030-a ev sahibliyi etməyə namizədlər arasında Ronaldonun vətəni Portuqaliya da var. Pireneylilər nundialı İspaniya və Ukrayna ilə birlikdə təşkil etmək istəyir.

Geri qayıt