Qelebə.az / "İnter Mayami"nin futbolçusu İspaniya klubuna keçib

"İnter Mayami"nin futbolçusu İspaniya klubuna keçib

14-08-2025, 17:12

ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Federiko Redondo İspaniya təmsilçisi "Elçe"yə keçib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. ABŞ klubu onun növbəti satışından müəyyən faiz alacaq.

Qeyd edək ki, Redondo cari mövsüm "İnter Mayami"də 35 oyun keçirib.

Geri qayıt