Qelebə.az / “Qalatasaray”dan böyükhesablı qələbə

“Qalatasaray”dan böyükhesablı qələbə

16-08-2025, 00:34

Türkiyə Super Liqasında II turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün "Qalatasaray" meydana çıxıb. 

Son çempion "Fatih Karagümrük"lə qarşılaşıb. 

"Sarı-qırmızılılar" görüşdən böyükhesablı qələbə ilə ayrılıb. Matçda hesabı Barış Alper Yılmaz açıb. İkinci yarıda Fatih Kurucuk avtoqol müəllifi olub. Matçın sonlarında Mauro İkardi oyunda yekun nəticəni müəyyənləşdirib - 3:0.

Qeyd edək ki, "Qalatasaray" 6 xalla turnir cədvəlinə başçılıq edir.

Geri qayıt