Qelebə.az / Millimizin üzvü oynadı, komandası bir xal qazandı

Millimizin üzvü oynadı, komandası bir xal qazandı

16-08-2025, 23:25

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Motor" növbəti matçına çıxıb.

QELEBE.AZ xəbər verir ki, onun komandası Polşa çempionatının V turunda "Pyast"la qarşılaşıb.

Lublin təmsilçisi öz meydanında rəqibi ilə bacarmayıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb.

Oyuna ehtiyatda başlayan Renat 63-cü dəqiqədə meydana daxil olub. 

Qeyd edək ki, "Motor" keçirdiyi 4 oyundan sonra 5 xal toplayıb. Komandanın növbəti turda rəqibi "Korona" olacaq.

Geri qayıt