"Fənərbaxça"nın sabiq prezidenti xəstəxanaya yerləşdirilib.
Apasport.az xəbər verir ki, klubun keçmiş rəhbərlərindən Ali Şen Bodrumda reanimasiyaya yerləşdirilib.
Onun danışa bilmədiyi və heç kimi tanımadığı bildirilir.
Ali Şen 1981-83, 1994-98-ci illərdə kluba rəhbərlik edib. Onun dövründə "sarı-lacivərdlilər" iki dəfə çempionluq yaşayıb.