Qelebə.az / "Mançester Yunayted"in sabiq müdafiəçisi İspaniya klubuna keçib

"Mançester Yunayted"in sabiq müdafiəçisi İspaniya klubuna keçib

19-08-2025, 09:20

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Erik Bayi İspaniya təmsilçisi "Real Ovyedo"ya keçib.

"Report" xəbər verir ki, bu barədə La Liqa təmsilçisi məlumat yayıb.

31 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, azad agent kimi bu komandaya keçib.

Qeyd edək ki, Erik Bayi 2016-2023-cü illərdə "Mançester Yunayted"də 70 matçda meydanda olub. O, Türkiyədə "Beşiktaş", Fransada "Marsel", İspaniyada "Espanyol" və "Vilyarreal" klublarının da formasını geyinib.

Geri qayıt