Qelebə.az / A Seriyasının ən sürətli futbolçusu İngiltərə klubuna keçib

A Seriyasının ən sürətli futbolçusu İngiltərə klubuna keçib

19-08-2025, 13:47

İtaliyanın "Verona" klubunun futbolçusu Cekson Çaçua İngiltərə təmsilçisi "Vulverhempton"a keçib.

"Report" xəbər verir ki, bu barədə Premyer Liqa komandası məlumat yayıb.

23 yaşlı sağ cinah müdafiəçisi ilə "5+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, kamerunlu futbolçu 2024/2025 mövsümündə A Seriyasının ən sürətli oyunçusu (36,3 km/saat sürətə çatıb) mükafatını qazanıb. O, 36 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt