Qelebə.az / Benzema və Ronaldo Superkubokda üz-üzə - YENİLƏNİR

Benzema və Ronaldo Superkubokda üz-üzə - YENİLƏNİR

19-08-2025, 14:55

Bu gün "Əl-Nəsr" və "Əl-İttihad" Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında üz-üzə gələcəklər.

QELEBE.AZ xəbər verir ki, tək oyunluq formatda keçiriləcək matç Honq Konqda baş tutacaq.

Bakı vaxtı ilə 16:00-da başlayacaq qarşılaşmada "Real Madrid"in sabiq ulduzları Kriştiano Ronaldo və Kərim Benzema rəqib olaraq üzləşəcəklər.

Qeyd edək ki, həmin görüşdə "Liverpul"un keçmiş futbolçuları Sadio Mane və Fabinyo da bir-birinə qarşı oynayacaq.

Səudiyyə Ərəbistanı Superkuboku
Yarımfinal
16:00. "Əl-Nəsr" - "Əl-İttihad"

Geri qayıt