Qelebə.az / "Sabah"dan yeni transfer

"Sabah"dan yeni transfer

21-08-2025, 12:05

“Sabah” U-18 Azərbaycan millisinin basketbolçusu Hüseyn Qaflanovla heyətini gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bayquşlar" 210 sm boya malik 17 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Hüseyn Qaflanov Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə bir müddət Litvanın Vilnüs şəhərində yerləşən "NBA School"da peşəkar məşqçilərin rəhbərliyi altında hazırlıq keçib. O eyni zamanda bir il müddətində ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında təhsil alıb.

Geri qayıt