Qelebə.az / “Bayer” “Siti”nin yarımmüdafiəçisini icarəyə götürüb

“Bayer” “Siti”nin yarımmüdafiəçisini icarəyə götürüb

21-08-2025, 23:18

"Mançester Siti"nin üzvü Klaudio Eçeverri karyerasını Almaniyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi "Bayer"lə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı argentinalı oyunçu 1 illik icarə əsasında Bundesliqa təmsilçisinin şərəfini qoruyacaq. 

Qeyd edək ki, Eçeverri "şəhərlilər"ə "River Pleyt"dən 18,5 milyon avro qarşılığında transfer olunmuşdu.

Geri qayıt