Qelebə.az / Fransa klubundan ayrılan 37 yaşlı futbolçu İtaliyada çıxış edə bilər

Fransa klubundan ayrılan 37 yaşlı futbolçu İtaliyada çıxış edə bilər

22-08-2025, 10:51

Fransanın "Lion" komandasından ayrılan serbiyalı futbolçu Nemanya Matiçin yeni klubu bəll olmaq üzrədir.

"QELEBE.AZ" məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi "Sassuolo"ya (İtaliya) keçməyə yaxındır.

A Seriyası təmsilçisi onunla "1+1" illik müqavilə imzalamağa hazırlaşır.

Qeyd edək ki, N.Matiç "Lion"un heyətində 58 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Geri qayıt