Qelebə.az / Azərbaycanlı referi Çempionlar Liqası matçında

Azərbaycanlı referi Çempionlar Liqası matçında

22-08-2025, 11:45

Futzal üzrə FİFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.

QELEBE.AZ xəbər verir ki, o, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunun Bolqarıstanda təşkil olunacaq oyunlarında ədaləti qoruyacaq.

Həmyerlimiz avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək. Ə. Cəbrayılov ertəsi gün keçiriləcək “Veilimdorf” - “Viten Orşa” matçına 1-ci hakim kimi təyinat alıb.

Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb.  

Geri qayıt