Qelebə.az / La Liqa təmsilçisi "Çelsi"nin futbolçusunu transfer edib

La Liqa təmsilçisi "Çelsi"nin futbolçusunu transfer edib

22-08-2025, 16:39

İspaniya La Liqası təmsilçisi "Vilyarreal" "Çelsi"nin (İngiltərə) müdafiəçisi Renatu Veyqanı transfer edib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə "sarı sualtı qayıqlar"ın mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı oyunçu ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Renatu Veyqa ötən mövsümün ikinci yarısını icarə əsasında "Yuventus"un (İtaliya) heyətində keçirib. O, bütün yarışlarda 33 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Geri qayıt