Qelebə.az / Fransalı müdafiəçi “İnter”də

Fransalı müdafiəçi “İnter”də

23-08-2025, 09:50

"İnter" heyətini yeni oyunçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, komanda "Lans"da çıxış edən Endi Diofu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı müdafiəçi A Seriyası təmsilçisi ilə 5 illik yeni müqaviləyə imza atıb. Razılaşmaya əsasən, "İnter" fransalı futbolçu üçün 20 milyon avro ödəyib.

Qeyd edək ki, Endi ötən mövsüm "Lans"ın heyətində 34 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Geri qayıt