Qelebə.az / "Qəbələ" Antalyadakı ilk oyununda qələbəni əldən verib

"Qəbələ" Antalyadakı ilk oyununda qələbəni əldən verib

12-01-2023, 17:45

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" ilk yoxlama oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, "qırmızı-qaralar" "Sepsi" klubu ilə üz-üzə gəlib. "Arcadia Sports Senter"də baş tutan matçda qalib müəyyənləşməyib.

Azərbaycan təmsilçisindən qolları 7-ci dəqiqədə Ülvi İsgəndərov və 66-cı dəqiqədə penaltidən İsnik Alimi vurub. 83-cü dəqiqədə Qəbələnin eyniadlı komandasından Ruan Renato qırmızı vərəqə ilə meydandan qovulub. Rəqibdən isə 46-cı dəqiqədə Marion Rondon və 76-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən Marius Ştefanesku fərqlənib.

Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv Antalyada daha iki yoxlama matçına çıxacaq. “Qəbələ” yanvarın 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.

Geri qayıt