Türkiyəli iş adamı Sadettin Saran “Fənərbaxça” klubunun prezidentliyinə rəsmən namizədliyini irəli sürüb.
Apasport.az xəbər verir ki, o, bu barədə özü açıqlama yayıb.
Saran namizədlik üçün tələb olunan 500 imzanı İstanbul təmsilçisinin İcraiyyə Komitəsinə təqdim edib.
Qeyd edək ki, “Fənərbaxça”da prezident seçkiləri bu ilin sentyabrında keçiriləcək.