Qelebə.az / UEFA-dan final matçları ilə bağlı yeni qərar

UEFA-dan final matçları ilə bağlı yeni qərar

28-08-2025, 16:23

UEFA Çempionlar Liqasının final oyunları ilə bağlı yeni qərar qəbul edib.

QELEBE.AZ xəbər verir ki, bu mövsümdən etibarən final qarşılaşmaları əvvəlkindən 3 saat daha tez start götürəcək.

UEFA qərarın səbəbini belə izah edib:

“Ailələr və uşaqların oyuna daha rahat baxması, yeniyetmələrin matç öncəsi tədbirlərdə iştirak edə bilməsi və ictimai nəqliyyatdan istifadənin asanlaşdırılması üçün bu addımı atdıq”.

Qeyd edək ki, Çempionlar Liqasının finalı 2026-cı il mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

Geri qayıt