Qelebə.az / Niderland millisinin üzvü “Tottenhem”də - RƏSMİ

Niderland millisinin üzvü “Tottenhem”də - RƏSMİ

29-08-2025, 20:44

"Tottenhem" heyətini yeni oyunçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, komanda "Leypsiq" forması geyinən Xavi Simonsu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 22 yaşlı vingerlə 5+2 illik müqavilə imzalanıb. Premyer Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 65 milyon avro ödəyəcək.

Xavi yeni komandasında 7 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Niderland millisinin üzvü ötən mövsüm Bundesliqa klubunun heyətində meydana çıxdığı 33 rəsmi matçda 11 qol və 8 assistlə yadda qalıb.

Geri qayıt