Qelebə.az / Rəşad Eyyubov: "Əsas məqsədimiz..."

Rəşad Eyyubov: "Əsas məqsədimiz..."

8-09-2025, 12:18

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz evdə Ukrayna ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, yığmamızın köməkçi məşqçisi Rəşad Eyyubov qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

"Məşqimizi plana uyğun keçirmişik. Qısa müddətdə əsas işimizi əhval-ruhiyyəni yüksəltməkdir. Nə dərəcədə alındığını sabah görəcəyik. Əsas məqsədimiz psixoloji olaraq komandanı yüksəltməkdir. Keyfiyyət baxımından futbol kollektiv oyundur. Fikirləşmirik ki, bir oyunçu çıxıb qeyri-adi nəsə edəcək. İnanıramki, yaxşı oyun göstərcəyik".

Geri qayıt