Qelebə.az / "Zirə" braziliyalı müdafiəçini heyətinə qatıb

"Zirə" braziliyalı müdafiəçini heyətinə qatıb

11-09-2025, 13:08

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, komanda Enrike Kustodionu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı sol cinah müdafiəçisi ilə 1+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, futbolçu daha əvvəl ölkəsinin “Kuritiba”, “Nautiko”, “Parana”, Portuqaliyanın “Portimonense”, “Farense”, B-SAD, “Leyşoyş” klublarında çıxış edib.

Geri qayıt