Qelebə.az / Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

16-01-2023, 12:33

Azərbaycanlı hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının oyununa təyinat alıb.

“Report” xəbər verir ki, Avropa Voleybol Konfederasiyası beynəlxalq dərəcəli referiyə Türkiyənin İstanbul şəhərində keçiriləcək D qrupu matçını həvalə edib.

Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fənərbağça Opet” (Türkiyə) - “Allianz MTV Ştutqart” (Almaniya) qarşılaşmasını idarə edəcək.

Yanvarın 18-dəki görüşün ikinci hakimi funksiyasını rumıniyalı Pol Katalin Şabo-Aleksi yerinə yetirəcək.

Geri qayıt