Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək "Ayntraxt" - "Qalatasaray" matçının hakimi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Almaniyada keçiriləcək görüşü italiyalı hakim Marko Quida idarə edəcək.
Qeyd edək ki, komandalar arasında qarşılaşma sentyabrın 18-də, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.