Qelebə.az / "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başa çatıb, Maks Ferstappen qalib gəlib

"Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başa çatıb, Maks Ferstappen qalib gəlib

21-09-2025, 16:41

"Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başa çatıb.

QELEBE.AZ xəbər verir ki, mübarizə saat 15:00-da başlayıb.

Yarışı "Red Bull" pilotu Maks Ferstappen lider tamamlayıb. Bu, onun ikinci Bakı çempionluğu olub. Pilot ilk dəfə 2022-ci ildə Azərbaycanda qalib adına yiyələnib.

Niderlandlı pilotu "Mercedes"dən Corc Rassell və "Uilyams"dan Karlos Sayns izləyib.

Geri qayıt