Qelebə.az / “Liverpul”da yeni müqavilə - 3 illik razılaşma əldə olundu

“Liverpul”da yeni müqavilə - 3 illik razılaşma əldə olundu

25-09-2025, 21:20

“Liverpul”da yeni müqavilə imzalanıb

“Apasport.az” xəbər verir ki, Premyer Liqanın son qalibi Rio Nqumoanın sözləşməsinin müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

17 yaşlı vingerlə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, “Liverpul” Rio Nqumoanı ötən ilin yayında “Çelsi”nin akademiyasından transfer edib.

Geri qayıt