İngiltərənin "Fulhem" klubu hücumçu Rodriqo Munizin müqaviləsinin müddətini uzadıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı braziliyalı forvardla 5 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, "Fulhem" Rodriqo Munizi 2021-ci ilin yayında "Flamenqo"dan 8 milyon avro qarşılığında transfer edib.