Qelebə.az / Millimiz MDB Oyunlarında yarımfinala yüksəlib

Millimiz MDB Oyunlarında yarımfinala yüksəlib

4-10-2025, 13:46

Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında komanda yarışının 1/4 finalında Belarus yığması ilə qarşılaşıb.

Apasport.az xəbər verir ki, Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət yığmamız 45:40 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Komandamız bu nəticə ilə ən azı bürünc medalı təmin edib və növbəti mərhələdə Rusiya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl qılıncoynatmanın şpaqa növü üzrə qızlardan ibarət komandamız da bürünc medal qazanıb.

Geri qayıt