Qelebə.az / "Zirə" ilə görüş "Neftçi"yə 15700 manata başa gəldi

"Zirə" ilə görüş "Neftçi"yə 15700 manata başa gəldi

9-10-2025, 16:37

"Neftçi" Misli Premyer Liqasında VII turunda "Zirə" ilə görüşdə baş verənlərə görə 15700 manat cərimələnib. 

QELEBE.AZ xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib:

03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə “Neftçi” komandası 10000 manat cərimə edilsin (maddə 86.3);

03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Neftçi” komandasının məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Neftçi” klubu 5000 manat cərimə edilsin (maddə 51.1);

Geri qayıt