Qelebə.az / “Neftçi” fransalı yarımmüdafiəçi ilə müqavilə imzalayıb

“Neftçi” fransalı yarımmüdafiəçi ilə müqavilə imzalayıb

19-01-2023, 16:57

“Neftçi” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Azərbaycan Premyer Liqasının vitse-çempionu Kilan Lebonla müqavilə imzalayıb. 25 yaşlı fransalı yarımmüdafiəçi “ağ-qaralar”ın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına qatılıb.

Müqavilənin detalları açıqlanmır. Lakin onun 1,5 illik anlaşma imzaladığı iddia edilir.

Qeyd edək ki, “Amyen”in yetirməsi Bakı klubuna azad agent kimi keçib. Onun son klubu Qazaxıstan təmsilçisi “Astana” olub.

Geri qayıt