Qelebə.az / Millimiz İsrailə məğlub oldu

Millimiz İsrailə məğlub oldu

11-10-2025, 21:57

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.

QELEBE.AZ xəbər verir ki, IX qrupda yer alan millimiz Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Park de Sport” stadionunda keçirilən görüşə Bakı vaxtı ilə saat 20:00-da start verilib.

6 qolun vurulduğu matçda millimiz rəqibinə 1:5 hesabı ilə məğlub olub.

11 oktyabr

20:00. İsrail (U-17) - Azərbaycan (U-17) 5:1 

“Park de Sport” stadionu, Sen-Pol-le-Daks  

Baş hakim: Marius Hansen Qrotta (Norveç) 
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa) 
Dördüncü hakim: Gillaume Paradis (Fransa)

Geri qayıt