Qelebə.az / Kenan Yıldız: "Meydandakı tək ulduz mən deyildim"

Kenan Yıldız: "Meydandakı tək ulduz mən deyildim"

12-10-2025, 09:49

"Meydandakı tək ulduz mən deyildim. Komanda yoldaşlarımın bir çoxu ulduz idi".  

Apasport.az xəbər verir ki, bunu Türkiyə yığmasının futbolçusu Kenan Yıldız Bolqarıstan üzərində qələbədən sonra mətbuata açıqlamasında deyib:

"Hər kəsi təbrik etmək istəyirəm. İlk hissə çətin keçdi. İkinci hissədə möhtəşəm çıxış etdik və 6:1 önə keçdik. Oyunumuzla fəxr edirəm".

İstedadlı oyunçu Gürcüstanla keçiriləcək oyunu belə şərh edib:

"Gürcüstanın nə qədər çətin rəqib olduğunu bilirik, amma azarkeşlərimizin qarşısında oynayacağımız üçün çox şadıq. Yenidən azarkeşlərimiz qarşısında oynamaq üçün səbirsizlənirəm".

Qeyd edək ki, Türkiyə-Gürcüstan qarşılaşması oktyabrın 14-ü saat 22:45-də start götürəcək.

Geri qayıt