Qelebə.az / Braziliya Yaponiyaya məğlub oldu

Braziliya Yaponiyaya məğlub oldu

14-10-2025, 18:25

Braziliya milli komandası daha bir yoldaşlıq oyununda qüvvəsini sınayıb.

QELEBE.AZ xəbər verir ki, “sambaçılar” Yaponiya yığması ilə üz-üzə gəlib.

Gərgin keçən görüşdə azarkeşlər 5 qola şahidlik ediblər.

Karlo Ançelottinin rəhbərlik etdiyi kollektiv ilk hissəni 2:0 hesabı ilə öndə başa vurub. Lakin fasilədən sonra asiyalılar ardıcıl üç qol vurublar və yekunda Cənubi Amerika təmsilçisini 3:2 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, Braziliya daha əvvəl Cənubi Koreyanı 5:0 hesabı ilə məğlub etmişdi.

Geri qayıt