İngiltərə Premyer Liqası təmsilçisi "Everton" komandanın kapitanı Cordan Pikfordla razılıq əldə edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 31 yaşlı qolkiperlə 4 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Pikford 2017-ci ildə “Sanderlend”dən “Everton”a 28,5 milyon avroya transfer olunub.