Qelebə.az / Almaniya millisinin üzvü zədəsini sağaldıb

Almaniya millisinin üzvü zədəsini sağaldıb

23-10-2025, 18:20

"Bavariya"nın gənc ulduzu Camal Musiala zədəsini sağaldıb.

QELEBE.AZ xəbər verir ki, almaniyalı yarımmüdafiəçi artıq fərdi məşqlərə başlayıb.

22 yaşlı futbolçunun təxminən 2 ay ərzində komanda ilə birgə məşqlərə qoşulacağı gözlənilir.

Xatırladaq ki, Almaniya millisinin üzvü olan Musiala FİFA Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində PSJ-yə qarşı keçirilən görüşdə ayağı sınmışdı.

Geri qayıt