Qelebə.az / Millimizin İslandiya və Fransa yığmalarına qarşı matçlarının biletləri satışa çıxarılıb

Millimizin İslandiya və Fransa yığmalarına qarşı matçlarının biletləri satışa çıxarılıb

28-10-2025, 10:44

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmalarına qarşı matçlarının biletləri satışa çıxarılıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

"İticket.az" vasitəsilə satılan biletlərin qiymətləri İslandiya ilə oyun üçün 5-30 manat arasında dəyişir. Azərbaycan - Fransa görüşü üçün bilet qiymətləri isə 5-200 manat aralığındadır.

Qeyd edək ki, İslandiya ilə qarşılaşma noyabrın 13-də saat 21:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək. Azərbaycan – Fransa matçı isə noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

Geri qayıt