Qelebə.az / Karate üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Karate üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

4-11-2025, 12:20

2026-cı ildə karate üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov deyib.

O, 2027-ci ildə Avropa Deflimpiya Komitəsinin Baş Assambleyasının da Azərbaycanda keçirilməsinin planlaşdırıldığını nəzərə çatdırıb:

"Avropa Karlar İdman Təşkilatının tədbirləri çərçivəsində 2026-cı ilin sentyabrında Azərbaycanda karate üzrə Avropa çempionatının keçirilməsi planlaşdırılıb".

Geri qayıt