Qelebə.az / FHN-in əməkdaşı dünya çempionatında bürünc medal qazanıb

FHN-in əməkdaşı dünya çempionatında bürünc medal qazanıb

6-11-2025, 15:25

Fransanın paytaxtı Paris şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatının fərdi yarışlarına yekun vurulub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, beynəlxalq turnirdə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat xilasetmə məntəqəsinin rəisi daxili xidmət baş çavuşu Vüqar Babayev də iştirak edib.

M-3 kateqoriyasında, 66 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Babayev dünya çempionatının bürünc medalını qazanıb.

Geri qayıt