Qelebə.az / Amorim ilk dəfə ayın məşqçisi seçilib

Amorim ilk dəfə ayın məşqçisi seçilib

7-11-2025, 21:28

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, "Mançester Yunayted"i çalışdıran Ruben Amorim həmkarlarını qabaqlayıb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

2024-cü ilin noyaby ayından "Mançester Yunayted"ə rəhbərlik edən portuqaliyalı mütəxəssis ilk dəfə ayın məşqçisi seçilib.

Qeyd edək ki, "Mançester Yunayted" ötən ay ölkə çempionatında keçirdiyi 3 oyunun hər birində qalib gəlib. "Qırmızı şeytanlar" "Sanderlend", "Liverpul" və "Brayton"u məğlub edib.

Geri qayıt