Qelebə.az / Avropa birinciliyi: Taekvondoçularımızdan 5 qızıl, 5 gümüş, 5 bürünc

Avropa birinciliyi: Taekvondoçularımızdan 5 qızıl, 5 gümüş, 5 bürünc

10-11-2025, 11:08

Noyabrın 9-da Yunanıstanın Afina şəhərində kiçik yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyi keçirilib.

QELEBE.AZ xəbər verir ki, taekvondoçularımız 5 qızıl, 5 gümüş, 5 bürünc medala layiq görülüblər. 

Əhməd Mürvətov (27 kq), Əsma Abdullazadə (27 kq) , Fidan Qafarova (30 kq), Rizvan Abdullayev (30 kq), Cahid İsmayılzadə (52 kq) qızıl, Ayşən Abuzərova (27 kq) , Ümid Şahbazov (36 kq), Sübhan Rzayev (40 kq), Fateh Sultanlı (44 kq), Hüseyn İsmayılov (52 kq, “Atlet” TK) gümüş, Vidadi Məmmədli (27 kq, “Altay” TK), Rüqəyya Əliyeva ( 27 kq, “Nərimanov” İK), Aydan Hüseynova (30 kq, “İrəvan” TK), Aysu Qəribli (44 kq), Günəş Əzimzadə (52 kq) isə bürünc medal əldə ediblər. 

Qeyd edək ki, ümumi hesabda Azərbaycan komandası birinci pillədə qərarlaşıb. 

Geri qayıt