Qelebə.az / Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Kubokuna təyinat alıblar

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Kubokuna təyinat alıblar

14-11-2025, 17:28

 

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları növbəti dəfə təyinat alıblar.

Apasport.az xəbər verir ki, onlar kişilər arasında Avropa Kubokunun üçüncü mərhələsinin “Nilüfer Bələdiyyəspor” (Türkiyə) -“Red Boys”(Lüksemburq) matçında ədaləti təmsil edəcəklər.

Qarşılaşmada Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi yunanıstanlı Konstantinos Katsikis olacaq.

Görüş noyabrın 16-da Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman Kompleksində keçiriləcək.

Geri qayıt