Qelebə.az / Rəhman Daşdəmirov: “Fransa ilə matçda assist edəcəyimi gözləmirdim”

Rəhman Daşdəmirov: “Fransa ilə matçda assist edəcəyimi gözləmirdim”

16-11-2025, 23:35

“Rəqib çox güclü idi”.

Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin üzvü Rəhman Daşdəmirov deyib.

Müdafiəçi Fransa ilə matçı belə dəyərləndirib:

“Məncə, komanda şəklində çox yaxşı mübarizə apardıq və inamlı oynadıq. Belə bir matçda məhsuldar ötürmə edəcəyimi gözləmirdim. Bu, mənim üçün yaddaqalan olacaq. Belə oyunlarda səhvlər qaçınılmazdır”.

Qeyd edək ki, Azərbaycan – Fransa oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Geri qayıt