Qelebə.az / Dik Advokaat tarix yazdı – Kurasao ilk dəfə Dünya Kubokuna vəsiqə qazandı

Dik Advokaat tarix yazdı – Kurasao ilk dəfə Dünya Kubokuna vəsiqə qazandı

19-11-2025, 10:33

“Fənərbaxça”nın sabiq baş məşqçisi Dik Advokaatın çalışdırdığı Kurasao millisi tarixi uğura imza atıb.

QELEBE.AZ xəbər verir ki, komanda 2026-cı il Dünya Kubokunun seçmə mərhələsində son oyunda Yamayka ilə 0:0 hesablı heç-heçə edərək mundiala vəsiqə qazanıb.

150 min əhalisi olan kiçik ada ölkəsi futbol tarixində ilk dəfə Dünya Kubokunda iştirak hüququ əldə edib. 

Qeyd edək ki, gərgin keçən görüşün 90+5-ci dəqiqəsində hakim Yamaykanın xeyrinə penalti qərarı verib. VAR-dan gələn xəbərdarlıqdan sonra monitora baxan referi epizodu yenidən dəyərləndirərək qərarını ləğv edib.

Geri qayıt