Qelebə.az / “Qarabağ”ın ÇL heyətində dəyişiklik: İSPANİYALI SİYAHIYA SALINDI

“Qarabağ”ın ÇL heyətində dəyişiklik: İSPANİYALI SİYAHIYA SALINDI

21-11-2025, 10:45

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində qarşıdakı oyunlar üçün heyətində dəyişiklik edib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi Coni Montielini siyahıya əlavə edib.

İspaniyalı yarımmüdafiəçi “Çelsi” ilə oyunda (2:2) zədələnən Kadi Borgesin əvəzinə heyətə daxil olunub.

Qeyd edək ki, “Qarabağ” noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada “Napoli”nin qonağı olacaq.

Geri qayıt