AFFA U-12 Qızlar Liqasında çıxış edən Gəncənin “Azəri” komandası yarışlardan kənarlaşdırılıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar çıxarıb.
Komanda son olaraq “Goranboy OİK” ilə görüşdə iştirak etməyib və texniki məğlubiyyət (0:3) alıb.
Gəncə komandası üçüncü dəfə matçlara getmədiyi üçün yarışlardan kənarlaşdırılıb.