UEFA Avropa Liqasında mübarizə aparan "Fənərbaxça"nın "Ferencvaroş"la matçının hakimləri açıqlanıb.
QELEBE.AZ xəbər verir ki, "Fənərbaxça" - "Ferençvaroş" matçını ispaniyalı referi Rikardo de Burqos idarə edəcək.
Rikardo de Burqosa İker De Fransisko və Asier Peres De Mendiola kömək edəcək.
Adrian Cordero isə matçın 4-cü hakimi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 27-si saat 21:45-də "Çobani stadionu"nda keçiriləcək.